Bu gün

Mexikoda kütləvi turizmə qarşı etirazlar

Meksikanın Mexiko şəhərində mənzil qiymətlərinin artmasına və yerli sakinlərin mərkəzi ərazilərdən köçürülməsinə qarşı kütləvi etirazlar keçirilir. Mitinqə yüzlərlə insan cəlb edilib
və dinc şəraitdə keçib. Lakin sonda etirazçılardan bəziləri vitrinləri dağıdıb və mağazaları qarət ediblər. Aksiyada qaldırılan plakatlarda “Qrinqo, evimizi oğurlamağı dayandır” və “Yerlilər üçün mənzil!” şüarları yazılıb.
Aksiyaya Mexiko şəhərinin keçmiş meri (indiki prezident) Klaudiya Şeynbaumun siyasətinin nəticələri səbəb olub: 2022-ci ildə o, daha çox turist və “rəqəmsal köçərilər” – ABŞ və Avropadan məsafədən çalışan işçiləri cəlbetmək üçün "Airbnb" və UNESCO ilə müqavilə imzalayıb. O vaxtdan bəri, Roma koloniyası və Kondesa kimi ərazilər evlərin daha çox qısa müddətə kirayə verildiyi və küçələrində daha az ispan dilində danışılan “xaricilər üçün oazis”ə çevrilib. Mənzil və kirayə qiymətləri o qədər artıb ki, gənclər və fəhlə sinfi şəhəri tərk etmək məcburiyyətində qalıb.
Prezident Şeynbaum etirazı xaricilərə qarşı şüarlar səsləndirdiyinə görə “ksenofobiya” kimi qiymətləndirib. Gentrifikasiyaya Qarşı Cəbhənin təşkilatçıları isə ittihamları rədd edərək problemi hökumətin fəaliyyətsizliyi və kirayə bazarına nəzarətin olmaması ilə əlaqaləndiriblər. Ekspertlər onu da vurğulayırlar ki, etiraz dalğası təkcə əcnəbilərlə deyil, həm də mənzil siyasətində onilliklər ərzində baş verən uğursuzluqlarla bağlıdır.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?