Bu gün

Prezident İlham Əliyev Donald Trampa başsağlığı verib

Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa başsağlığı məktubu ünvanlayıb.

Təhlil.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Texas ştatında baş vermiş güclü daşqınlar nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?