Bu gün
Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edilib

ADY tərəfindən dəmir yollarında aparılan təmir işləri səbəbindən Bakı-Balakən-Bakı marşrutu üzrə hərəkət qrafikində dəyişikliklər edilib.
Təhlil.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatına istinadla xəbər verir.
Bildirilir ki, Balakən istiqamətində səfər müddəti müvəqqəti olaraq 20 dəqiqə, Bakı istiqamətində isə 12 dəqiqə uzadılıb.
Təmir işləri bitdikdən sonra qatarlar əvvəlki qrafiklə hərəkətini davam etdirəcək.
Bu gün