Bu gün
Məktəbəhazırlıq qrupları üzrə məktəb seçimi başlayır

2025–2026-cı tədris ili üzrə məktəbəhazırlıq qruplarına qeydiyyat çərçivəsində Azərbaycan bölməsi üzrə məktəb seçiminə start verilir.
Təhlil.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir ki, valideynlər Bakı şəhəri istisna olmaqla, ölkənin digər rayon və şəhərlərində məktəb seçimini həyata keçirə bilərlər. Bakı şəhərində seçim prosesi iyulun 9-u saat 13:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə isə iyulun 10-u saat 13:00-da başlayacaq.
Qeydiyyat “mektebeqebul.edu.az” portalı üzərindən aparılır və sentyabrın 12-dək davam edəcək.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına yalnız 2020-ci il təvəllüdlü, yəni bu il 5 yaşı tamam olan uşaqlar qəbul olunur.
Bu gün