Bu gün

İranda Trampın Tehranın Vaşinqtonla görüş istədiyinə dair sözləri təkzib edilib

"Amerika tərəfi ilə görüş üçün bizdən heç bir müraciət daxil olmayıb", – İranın dövlət radio və televiziya şirkəti ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayinin sözlərini qeyd edib. Bundan əvvəl Tramp bildirmişdi ki, İran "görüş istədi" və əgər danışıqlar nəticəsində "hər hansı bir sənəd imzalansa, bu yaxşı olar".

Təhlil.az xəbər verir ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkofun sözlərinə görə, ABŞ və İran arasında danışıqlar çox güman ki, gələn həftə baş tutacaq.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?