Bu gün
İran atəşkəsdən sonra Çindən raket sistemləri alıb

"Middle East Eye" yazır ki, İran iyunun 24-də İsraillə de-fakto atəşkəsdən dərhal sonra Çindən hava hücumundan müdafiə sistemləri tədarük edib.
Təhlil.az xəbər verir ki, Tehran bu raket sistemlərinə görə neftlə ödəniş edir – bu isə İrandan neft idxal edən Çinin bu ölkə ilə iqtisadi bağlarını daha da gücləndirir. Hal-hazırda İran neft ixracatının 90%-ni Çin idxal edir. Rəsmi olaraq raketlərin tipi açıqlanmasa da, mənbələr İranın HQ-9 (Çin istehsalı) və S-300 (Rusiya istehsalı) sistemlərindən istifadə etdiyini bildirir.
Bu gün