Bu gün

Tramp və Netanyahu Qəzzada sülhü müzakirə etdilər

ABŞ prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə danışıqlar aparıb.

Təhlil.az xəbər verir ki, tərəflər Qəzza zolağında atəşkəsə nail olmaq üçün səylərə xüsusi diqqət yetirərək, Yaxın Şərqdəki mövcud vəziyyəti müzakirə ediblər.

Bununla yanaşı, rəsmi şam yeməyi zamanı Netanyahu Amerika liderinə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini irəli sürdüyü Nobel Komitəsinə ünvanlanmış məktubu təqdim edib.

"Bu, sülh üçün atdığınız addımların tanınmasıdır", - deyə, İsrailin baş naziri vurğulayıb.

Tramp təşəbbüsə görə təşəkkür edib, namizədliyi “çox əhəmiyyətli” adlandırıb və ABŞ-nin regionda ədalətli və davamlı sülhə nail olmaq öhdəliyini bir daha təsdiqləyib.