Bu gün
Günəş sistemində ulduzlararası kometa aşkarlanıb

NASA-nın dəstəklədiyi teleskoplar Günəş sisteminə ulduzlararası məkandan daxil olan 3I/ATLAS adlı kometanı aşkarlayıb.
Təhlil.az xəbər verir ki, bu, indiyədək müşahidə olunan üçüncü ulduzlararası cisimdir. Kometanın saniyədə 60 km sürətlə hərəkət etdiyi və Günəş sisteminə mənsub olmadığı təsdiqlənib. Səma cismi Yerə maksimum 270 milyon km, Marsa isə 30 milyon km yaxınlaşacaq. Heç bir toqquşma riski yoxdur. Elm adamları bu kimi cisimlərin digər ulduz sistemləri və planetlərin formalaşması haqqında mühüm məlumat verdiyini bildirirlər.
Kometanı 2026-cı ilin ortalarına qədər müşahidə etmək mümkün olacaq.
Bu gün