Dünən

Mədəniyyət Nazirliyinin Rusiya ilə əməkdaşlığına dair saxta sənəd yayıldı

Son günlər bəzi informasiya resurslarında və sosial media platformalarında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin guya Rusiya Federasiyası ilə mədəniyyət sahəsində ikitərəfli əməkdaşlığın təbliği ilə bağlı təşəbbüs irəli sürdüyünə dair saxta sənəd yayılıb.

Mədəniyyət Nazirliyindən təhlil.az-a verilən məlumata görə, bu saxta sənədin Nazirlik ilə heç bir əlaqəsi yoxdur.

Qeyd edilir ki, nazirlik tərəfindən belə bir sənəd hazırlanmayıb və yayılmayıb.

“Vətəndaşlardan və media nümayəndələrindən rəsmi məlumatları yalnız Nazirliyin rəsmi internet səhifəsi və sosial media kanallarından əldə etmələri xahiş olunur”, - məlumatda vurğulanıb.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?