Bu gün

Tikinti layihələrinin ekspertizası ilə bağlı dəyişikliklər ediləcək

Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib.

Təhlil.az xəbər verir ki, fərmana əsasən, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları”na dəyişiklik edilib.

Belə ki, tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.