Bu gün
“Real Madrid”in keçmiş məşqçisi: Santuş Azərbaycan futbolunun imicini yüksəldə bilər

Fernandu Santuş Azərbaycan futbolunun imicini yüksəldə bilər.
Təhlil.az xəbər verir ki, bu sözləri İspaniyanın “Real Madrid” komandasının sabiq məşqçisi Joze Moraiş deyib.
Portuqaliyalı mütəxəssis Fernandu Santuşa Azərbaycan millisində nəticə qazanmaq üçün vaxt lazım olduğunu bildirib: “Santuş çox təcrübəli mütəxəssisdir. O, Portuqaliya və Yunanıstan millisində işlədiyi dönəmdə güclü müdafiə qurma bacarığı və taktikası etibarlı olan intizamlı baş məşqçi kimi tanınır. Düzünü desək, Azərbaycan millisinin heyətində olan oyunçular yüksəksəviyyəli təcrübəyə malik deyillər. Santuşun da taktikası dərhal komandaya kömək edə bilməz. Bunun üçün müəyyən vaxt lazımdır”.