Bu gün
Xocavənddə traktor minaya düşüb, bir nəfər xəsarət alıb

Qırmızıbazar qəsəbəsi yaxınlığında traktor minaya düşüb, xəsarət alan var
Təhlil.az xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA), Daxili İşlər Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.
Bildirilib ki, noyabrın 11-də Bərdə rayon sakini, 1984-cü il təvəllüdlü İsgəndər Adil oğlu İsmayılov idarə etdiyi traktorla tank əleyhinə minaya düşüb. Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Xocavənd Rayon Prokurorluğunda araşdırma aparılır.