22 may

Bu gün dünya çempionatında 8 qarşılaşma baş tutacaq

Bakıda keçirilən minifutbol üzrə dünya çempionatında bu gün ikinci yarış gününün həyəcanı yaşanacaq.

Təhlil.az xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan mötəbər turnirdə 8 oyun keçiriləcək və müxtəlif qruplarda komandalar birinci tur çərçivəsində güclərini sınayacaqlar.

Günün ilk oyunu saat 12:45-də başlayacaq – Qana və İspaniya milliləri H qrupunda qarşılaşacaq.

Axşam isə futbolsevərləri Serbiya–İsrail dueli gözləyir.

Azərbaycan millisi isə ötən gün A qrupunda Bəhreynlə qarşılaşıb və 1:1 hesablı heç-heçə ilə start götürüb.

22 may üçün oyun cədvəli 

   E qrupu
14:00 – İndoneziya vs Kosta Rika
15:15 – Monteneqro vs Tayland

  F qrupu
18:15 – Qazaxıstan vs Polşa
19:30 – ABŞ vs Bosniya və Herseqovina

 G qrupu
16:30 – Çexiya vs Argentina
20:45 – Gürcüstan vs BƏƏ

 H qrupu
12:45 – Qana vs İspaniya
22:00 – Serbiya vs İsrail

Qeyd edək ki, dünya çempionatı iyunun 1-də final oyunu ilə başa çatacaq. Turnir boyunca Bakı minifutbolun qlobal mərkəzinə çevrilib və hər oyun azarkeşlər üçün böyük futbol emosiyası vəd edir.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?