Dünən

Kolumbiyanın keçmiş prezidenti Uribe şahidə rüşvət verməkdə təqsirli bilinib

Kolumbiya məhkəməsi keçmiş prezident Alvaro Uribeni şahidə rüşvət verməkdə təqsirli bilib. Təhlil.az xəbər verir ki, məhkəmə iclası “El Tiempo” qəzetinin saytında yayımlanıb.

"Prokurorluğun mövqeyinə bənzər bir nəticəyə gələ bilərik ki, cinayət prosesinin kontekstində şahid Xuan Gilyermo Monsalvenin rüşvət alması şəklində cinayət əməlinin törədilməsi sübuta yetirilib", - hakim Sandra Heredia qərarı oxuyub.

Uribe də məhkəmə sistemini aldatmaqda təqsirli bilinib. İclasda elan olunduğu kimi, məhkəmə siyasətçiyə hökmü cümə günü elan edəcək. Erediya bildirib ki, 73 yaşlı Uribenin həbs cəzası ev dustaqlığı ilə əvəz oluna bilər.

Keçmiş prezident isə ittihamları rədd edir. Artıq onun vəkilləri apellyasiya şikayəti verəcəklərini təsdiqləyiblər.

Qeyd edək ki, 2012-ci ildə Uribe ona qarşı ifadələri saxtalaşdırmaqda ittiham etdiyi senator İvan Cepedaya qarşı şikayət edib. Lakin məhkəmə keçmiş prezidentin özünə qarşı istintaqa başlayıb. Müstəntiqlərin fikrincə, eks-prezident onu hərbiləşdirilmiş qruplar və narkotik alverçiləri ilə əlaqədə ittiham edən Cepedaya qarşı ifadə vermək üçün şahidlərə rüşvət verib.

Uribe 2002-2010-cu illərdə prezident vəzifəsində çalışıb.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?