Dünən
Kreml Trampın "10 günə sülh" bəyanatına cavab verdi

Kreml ABŞ prezidenti Donald Trampın Ukrayna ilə sülhə nail olmaq üçün Rusiyaya verdiyi möhləti 10-12 günə endirməsi ilə bağlı bəyanatına reaksiya verib.
Təhlil.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov rəsmi Moskvanın öz maraqlarını nəzərə almaqla, münaqişənin sülh yolu ilə həll edilməsinə fokuslandığını açıqlayıb.
Peskov Rusiya və ABŞ prezidentlərinin mümkün görüşü barədə xəbərləri şərh edərkən hazırda belə bir məsələnin müzakirə olunmadığını bəyan edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Rusiyaya Ukrayna ilə sülhə nail olması üçün 50 gün vaxt verdiyini, əks təqdirdə Moskvaya sanksiyalar tətbiq edəcəyini demişdi.