Dünən
Səudiyyə Ərəbistanı İsraillə münasibətləri normallaşdırmaq üçün şərtləri açıqlayıb

Səudiyyə Ərəbistanı İsraillə münasibətlərini ancaq Fələstin dövləti yaradıldıqdan sonra normallaşdıra bilər.
Təhlil.az xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan deyib.
"Səudiyyə Ərəbistanı Krallığı üçün İsraillə münasibətlərin normallaşması yalnız Fələstin dövlətinin yaradılması ilə baş verə bilər", - deyə XİN rəhbəri bildirib.
O, əlavə edib ki, bu mövqe dəyişməz olaraq qalır və “yalnız Fələstin dövlətinin yaradılması və yalnız Fələstin xalqının qanuni hüquqlarının həyata keçirilməsi ilə regionda davamlı sülhə və real inteqrasiyaya nail ola biləcəyimiz” qəti əminliyinə əsaslanır.