Aİ-nin ABŞ-dən 750 milyard dollarlıq enerji alacağı real deyil - ŞƏRH

Aİ ABŞ ilə ticarət müharibəsindən qaçmaq üçün üç il ərzində Amerikadan 750 milyard dollar enerji alacağı barədə vəd verib. Eyni zamanda Avropa şirkətləri 500 milyard dollardan çox yeni qitəyə yatırım etməli olacaqlar. Bununla belə, Avropa İttifaqının bu vədi həm anlaşılmazdır, həm də icrası mümkün deyil.
Bunun isə bir sıra səbəbləri var. Məsələn, hazırda Birləşmiş Ştatlardan təchizatda məhdudiyyətlər var. Bu sıraya texniki maneələri və Bresselin idxal sövdələşmələri üzərində kifayət qədər səlahiyyətlərinin olmaması yuxarıda qeyd edilən ticarət hədəfinə çatmağın inanılmaz dərəcədə çətin olacağı mənasına gəlir.
Hazırda ABŞ-dən məhdud təchizat, texniki maneələr və Brüsselin idxal sövdələşmələri üzərində səlahiyyətinin olmaması hədəfə çatmağın inanılmaz dərəcədə çətin olacağı anlamına gəlir. Keçən il Aİ enerji idxalına 375 milyard avro, o cümlədən ABŞ-dən tədarüklərə 76 milyardavro xərcləyib.
Yeni sazişə görə isə, Avropa növbəti üç ildə Amerikadan enerji daşıyıcılarının importunu üç dəfə artırmalıdır. Bu zaman isə digər tədarükçülərlə münasibətlərə yenidən baxmaq lazımdır.
Məsələn, Norveç ABŞ-yə nisbətən daha ucuz təbii qazı boru vasitəsilə bütün Aİ-yə satır. Növbəti üç ildə isə bu sövdələşməni kifayət qədər ciddi şəkildə azaltmaq lazımdır. Paralel olaraq, hazırda Aİ lazım olan neft və yanacağın cəmi 12 faizini ABŞ-dən tədarük edir. Aİ neft emalı zavodlarının ABŞ-nin xüsusi xam neft qarışığını yalnız məhdud miqdarda emal edə biləcəyini nəzərə alsaq, bu rəqəm maksimum 14 faizə qədər artırıla bilər. Bu səbəbdən bu sahədə ciddi artım gözləmək absurddur.
Hikmət Həsənov