Dünən

Füzuli peşə liseyi 2027-ci ildən fəaliyyətə başlayacaq

Füzuli peşə liseyi 2027-ci ildən fəaliyyətə başlayacaq.

Təhlil.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Bərpa olunan enerji qurğu və avadanlıqlarının istismarı” üzrə Mükəmməllik Mərkəzi və emalatxanalarının açılış mərasimində deyib.

Onun sözlərinə görə, hazırda 100 mindən artıq şəxsin peşə təhsili almaq imkanı var:

"Növbəti illərdə peşə təhsili sahəsini bir az da genişləndirmək istəyirik. Yüksək peşə ixtisası proqramları da hazırlanır və buranı bitirən şəxslərin subbakalavr təhsili almaq şansı çoxdur".

Nazir əlavə edib ki, 2026-cı ildə isə Şuşa şəhərində peşə təhsil mərkəzi fəaliyyətə başlayacaq:

"Eyni zamanda bu il Lənkəran şəhərində də Peşə təhsili mərkəzi istifadəyə veriləcək".

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?