Dünən
Təqaüd artımları 160 mindən çox tələbəni əhatə edəcək - Rəsmi

Azərbaycan Prezidentinin tələbə təqüdləri ilə bağlı imzaladığı müvafiq Sərəncam və Fərmanı 160 mindən çox tələbəni əhatə edəcək.
Təhlil.az bu barədə Elm və Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir
Təqaüd məbləğlərinin artımı doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələri əhatə etməklə, ümumilikdə 160 mindən çox tələbəyə şamil ediləcək:
"Prezident təqaüdü üzrə artımı isə 200-dən çox tələbəni əhatə edəcək".
Qeyd edək ki, iyulun 24-də Prezident İlham Əliyevin Sərəncam və Fərmanı ilə tələbə təqaüdlərinin məbləği artırılıb.