Dünən
Büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılma mərhələləri müəyyənləşib

Baş nazir Əli Əsədov büdcə təşkilatlarında mühasibat uçotunun elektron formada aparılması mərhələlərinin müəyyən edilməsi haqqında qərar imzalayıb.
Təhlil.az xəbər verir ki, qərara əsasən, büdcə təşkilatları tərəfindən “e-mühasibat” informasiya sistemində yerləşdirilmiş mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatı vasitəsilə mühasibat uçotunun elektron formada aparılması aşağıdakı mərhələlərdə həyata keçiriləcək:
1. Tabeli təşkilatı (təşkilatları) olmayan büdcə təşkilatları – 2027-ci il yanvarın 1-dən.
2. Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən büdcə təşkilatları – 2028-ci il yanvarın 1-dən.