Dünən

Rumıniya Azərbaycan neftinin idxalını artırıb

2025-ci ilin yanvar–iyun aylarında Azərbaycan Rumıniyaya 685,9 min tondan çox neft və neft məhsulları ixrac edib. Təhlil.az xəbər verir ki, bu ixracın dəyəri 378 milyon ABŞ dollarını ötüb.

İxrac həcmi 2 dəfə, məbləğ isə 78,1% artıb.

Ümumilikdə ilin birinci yarısında Azərbaycan 12 milyon tondan çox neft və neft məhsulu ixrac edib. Bu ixracın ümumi dəyəri 6,4 milyard ABŞ dolları təşkil edib.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?