Dünən
Sabah Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Bakı Metropoliteni iyulun 30-da "Qarabağ” FK-nın UEFA Çempionlar Liqasında İrlandiya təmsilçisi ilə oyunu ilə bağlı iş rejimində dəyişiklik edəcək.
Təhlil.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyuna azarkeş marağını nəzərə alaraq "Gənclik”, "Nərimanov” və "28 May” stansiyaları gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.