Dünən

Bu ərazidə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 6.5-ci km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq 1 avqust saat 09:00-dan başlaraq qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Təhlil.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına istinadla xəbər verir ki, hərəkətin məhdudlaşdırılması günorta saatlarınadək qüvvədə olacaq.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda qeyd edilib.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?