Harvard Tramp administrasiyası ilə bağlı mübahisələri həll etmək üçün 500 milyon dollar ödəməyə hazırdır

Harvard Universitetinin nümayəndələri ABŞ prezidenti Donald Tramp administrasiyası ilə münaqişənin həlli üçün 500 milyon dollar ödəməyə hazır olduqlarını bildiriblər. Təhlil.az bu barədə “New York Times”ın məlumatına istinadla xəbər verir.
Məlumata görə, ABŞ hökumətinin tələb etdiyi məbləğ Kolumbiya Universitetinin öz növbəsində Ağ evlə mübahisələri həll etmək üçün ödəməli olduğu 200 milyon dollar cərimədən iki dəfə çoxdur.
Qeyd olunur ki, Tramp Harvard Universitetindən “Kolumbiyadan qat-qat çox pul ödəməyi” tələb edib.
Bir neçə ay əvvəl universitet rəsmiləri belə nəticəyə gəldilər ki, hətta ABŞ hökumətinə məhkəmələrdə qalib gəlsələr belə, saziş Harvarda Tramp administrasiyası ilə gələcək potensial problemlərdən qaçmağa kömək edəcək.
Qəzet əlavə edir ki, müqavilənin şərtləri naməlum olaraq qalır.
Tramp və onun administrasiyası Harvard və digər nüfuzlu Amerika universitetləri haqqında dəfələrlə açıqlamalar verib. ABŞ-nin Səhiyyə və İnsan Xidmətləri Departamenti Harvarda ayrılan 60 milyon dollar federal qrantı ləğv edib, çünki universitet antisemitizm, etnik və irqi ayrı-seçkiliklə mübarizə apara bilmir.
Ağ ev, həmçinin Harvard Universitetinin əcnəbi tələbələri qəbul etmək icazəsini də dayandırıb. Universitet Bostondakı federal məhkəməyə iddia qaldıraraq bu qərara etiraz edib.