Dünən
İlon Mask dünyanın ilk trilyonçusu ola bilər

İlon Maskın 2027-ci ilə qədər tarixin ilk trilyonçusu olacağı proqnozlaşdırılır.
Təhlil.az xəbər verir ki, Tesla və SpaceX kimi şirkətlərin rəhbərinin sərvəti, Forbes-ə görə, hazırda 412 milyard dollar olaraq qiymətləndirilir və təkcə son ticarət günündə 6,4 milyard dollar artıb.
Çoxsaylı qalmaqallara və tənqidlərə, o cümlədən DOGE kriptovalyutası ilə bağlı fiaskoya baxmayaraq, Mask hələ də planetin ən zəngin adamları siyahısında birinci yerdədir.