Dünən
Nyu-Yorkun mərkəzində silahlı hücum: 4 ölü

Manhettendə yerləşən bir göydələndə baş verən silahlı insident zamanı 27 yaşlı Las-Veqas sakini Şeyn Devon Tamura M4 tipli hücum avtomatı ilə 4 nəfəri, o cümlədən bir polis əməkdaşını öldürüb.
Təhlil.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Polisin açıqlamasına görə, hücumçu binaya daxil olan kimi mühafizəçini vurub, daha sonra 33-cü mərtəbədə yerləşən “Rudin Management” ofisinə qalxaraq atəş açmağa davam edib.
Ardınca binanın aşağı mərtəbəsinə enərək özünü güllələyib.
Şübhəlinin psixi problemləri olduğu bildirilir. Hücumun səbəbi isə hələlik məlum deyil.