Dünən

Zelenski Trampın Rusiya bəyanatını alqışladı

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ lideri Donald Trampa Rusiyaya qarşı sərt bəyanatına görə təşəkkür edib. Sosial şəbəkə platforması “X”də paylaşım edən Zelenski Trampın qətiyyətli mövqeyini yüksək qiymətləndirib:

“Prezident Trampa insanların həyatını xilas etmək və müharibəyə son qoymaq niyyətinə görə minnətdaram. Ukrayna sülhə sadiqdir və ABŞ ilə birgə təhlükəsiz, güclü və firavan gələcək üçün yorulmadan çalışacaq”, – deyə o bildirib.

Qeyd edək ki, Donald Tramp iyulun 14-də verdiyi bəyanatda Rusiyaya 50 gün ərzində sülh sazişi imzalamağı təklif edib. Əgər bu baş verməsə, ABŞ Moskva ilə ticarət edən bütün ölkələrə 100% “ikinci dərəcəli” rüsum tətbiq edəcəyini açıqlayıb. Bu çağırış Rusiya ilə iqtisadi əlaqələri olan dövlətlərə ciddi siqnal kimi qiymətləndirilir.

SORĞU

Qlobal istiləşmə

Qlobal istiləşmə həyatınıza təsir edir?