Bu gün

Kreml Trampın Moskvanı bombalama hədəsi barədə məlumata münasibət bildirib

Kreml ABŞ prezidenti Donald Trampın Vladimir Putinlə bağlı sərt bəyanatlarına sakit yanaşır, çünki bu cür davranış ABŞ prezidentinə xasdır.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Kreml Trampın Vladimir Putinlə söhbəti zamanı 2024-cü ildə Moskvanı bombalayacağı ilə hədələdiyi barədə məlumatı təsdiq etməyib:

"Kreml bunun feyk olub-olmadığını bilmir. O zaman danışıq olmayıb. Biz Trampın hələ prezident olmadığı dövrdən danışırıq".

Kremlin sözçüsü Vaşinqtonla Moskva arasında heç bir fikir ayrılığının olmadığını söyləyib. Onun sözlərinə görə, Rusiya və ABŞ-nin Ukraynadakı vəziyyəti siyasi və diplomatik yollarla həll etmək istəyi var.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?