Bu gün

Yardımlı-Deman-Arvana avtomobil yolunun təmirinə başlanılıb

Azərbaycan Avtomobil Yolları Dövlət (AAYDA) Agentliyi tərəfindən Yardımlı rayonunun Yardımlı-Deman-Arvana avtomobil yolunun bir hissəsində bərpa işlərinə başlanılıb.

Təhlil.az AAYDA-nın məlumatına istinadla xəbər verir ki, bərpa işləri sözügedən yolun sel suları nəticəsində yararsız vəziyyətə düşmüş 14-21-ci km-lik hissəsində aparılır.

Hazırda ərazidə 3800 p.m uzunluğunda alt istinad divarının inşası aparılır. IV texniki dərəcəyə əsasən bərpa olunan hissədə torpaq işləri, qazma, yolun normativ eninin alınması üçün genişləndirmə, zəruri yerlərdə müxtəlif ölçülü suötürücü boruların inşası, yol əsasının tikintisi və yeni asfalt-beton örtüyünün döşənməsi yerinə yetiriləcək.

Layihənin sonuncu mərhələsində yolcizgi və yolgöstərici xətlərinin çəkilməsi işləri aparılacaq.

SORĞU

Çimərliklər

Azərbaycanda ən çox hansı çimərliyə gedirsiniz?