Dünən
Abdullah Öcalan PKK-nın silahlı mübarizəsinin sona çatdığını elan edib

Türkiyədə qadağan olunmuş Kürdüstan İşçi Partiyasının (PKK) həbsdə olan lideri Abdullah Öcalan son illərdə ilk dəfə ictimaiyyət qarşısına çıxaraq qrupun Türkiyə dövlətinə qarşı silahlı mübarizəsinin sona çatdığını bəyan edib.
Təhlil.az xəbər verir ki, PKK-ya bağlı “Firat News” agentliyi tərəfindən iyunda yayılan yeddi dəqiqəlik səs yazısında Öcalan Türkiyə parlamentini tərksilah prosesinə nəzarət etmək və daha geniş sülh prosesini təşkil etmək üçün xüsusi komissiya yaratmağa çağırıb. "Silahlı mübarizə mərhələsi başa çatıb. Bu məğlubiyyət deyil, tarixi bir qələbədir" deyən Öcalan bildirib ki, Silahlı müqavimət mərhələsi indi könüllü olaraq öz yerini demokratik siyasət və hüquq mərhələsinə verməlidir.
Dünən