Bu gün
Gürcüstanın xarici işlər naziri Azərbaycana gəlir

Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycana rəsmi səfərə gəlir.
Təhlil.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, səfər çərçivəsində Maka Boçorişvilinin rəsmi şəxslərlə ikitərəfli görüşləri nəzərdə tutulub.
Görüşlərdə Azərbaycan-Gürcüstan münasibətlərinin müxtəlif istiqamətlərinin müzakirə olunacağı gözlənilir.
Bu gün