Bu gün
DSX-nın əsgəri vəfat edib

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, əsgər Rəhman Kərimov uzun sürən ağır xəstəlikdən vəfat edib.
Təhlil.az xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, Rəhman Rauf oğlu Kərimov müalicə aldığı Mərkəzi Klinik Xəstəxanada həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
DSX rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına başsağlığı verib.
Bu gün