Bu gün

Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesabında Ermənistan Respublikasının yeni Konstitusiya layihəsini dərc edib və bunun üçün xüsusi yaradılmış saytın linkini paylaşıb.

O bildirib ki, yeni Konstitusiya layihəsinin vətəndaşlar üçün daha əlçatan olması, onların sənədlə rahat tanış ola bilməsi və təkliflərini təqdim etməsi məqsədilə xüsusi internet saytı yaradılıb.

Diqqətçəkən məqam isə yeni Konstitusiya layihəsinin preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinadın yer almamasıdır.

Xatırladaq ki, Ermənistanın 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edən Konstitusiya müddəası Azərbaycanla sülh sazişinin imzalanması qarşısında əsas maneələrdən biri olub. Həmin Bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları yer alıb.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?