Bu gün
Asif Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Asif Yunis oğlu Əsgərov “Şöhrət” ordeni ilə təltif edilib.
Təhlil.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, bu gün deputat Asif Əsgərovun 60 yaşı tamam olur. O, müxtəlif illərdə Nəsimi RİH (2015-2024), Səbail RİH (2009-2015) və Zaqatala RİH-nin (2006-2009) başçısı olub.
2024-cü il sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanaraq Milli Məclisin deputatı seçilib. Hazırda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Gənclər və idman komitəsinin üzvüdür.
20 noyabr
20 noyabr
20 noyabr
19 noyabr