Bəzi hərbi qulluqçuların leytenantlıq müddəti artırılır

Xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddəti yeni qaydada tənzimlənəcək.
Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Qanuna əsasən, leytenant hərbi rütbəsində olma müddəti təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün – 2 il (aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün – 1 il), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi digər hallarda – 1 il müəyyən ediləcək.
Hazırda qüvvədə olan qanuna görə, təhsil müddəti 5 il və daha çox olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddəti 1 il müəyyən edilir.