Dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkələr

Bu il üzrə dünyada qızıl ehtiyatlarına görə ilk 10 ölkənin statistikası tərtib edilib.
Təhlil.az xəbər verir ki, bu il qlobal rəsmi qızıl ehtiyatları 36 274,3 ton təşkil edir ki, bu da dünya ehtiyatlarının 22,2%-ni təşkil edir.
Araşdırmalara görə, dünyada ən çox qızıl ehtiyatına sahib olan ölkə ABŞ-dir. Belə ki, iyunun əvvəlinə aid olan məlumata görə ölkənin 8,1 min ton qızıl ehtiyatı var. Ölkənin əsas ehtiyatları (4,6 min ton) Kentukki ştatının Fort Noks şəhərində saxlanılır.
Sonrakı yerdə bu ilin birinci rübündə ehtiyatları 3,35 min ton olan Almaniya gəlir. 2022-ci ildən bəri ölkənin qızıl ehtiyatı 100 tondan çox azalıb, çünki Berlin aktiv şəkildə qızıl satır.
TOP 10 aşağıdakı kimidir:
Fransa Bankının məlumatına görə, ölkənin qızıl ehtiyatının həcmi 2009-cu ildən bəri dəyişməyib.
Rusiya Bankı isə qeyd edib ki, iyulun 1-nə ölkənin ehtiyatlarının məbləği 248,71 milyon dollar səviyyəsində qiymətləndirilib.
Eyni zamanda, iyulun əvvəlində Çin Xalq Bankı qızıl ehtiyatlarının 70 min troya unsiyası artdığı barədə məlumat yayıb. Çin artıq 8 aydır ki, aktiv şəkildə qızıl alır.