Aİ Maltaya görə 18-ci anti-Rusiya sanksiyalar paketi ilə bağlı razılığa gələ bilməyib

Malta nümayəndələri bazar günü Aİ yanında Daimi Nümayəndələr Komitəsinin iclasında
Avropa Komissiyasının Rusiya neftinin ixracına üç aylıq orta göstərici əsasında hesablanmış bazar qiymətindən 15% aşağı qiymət tavanı tətbiq etmək təklifi ilə razılaşmadıqlarını bildiriblər.
Təhlil.az bu barədə“Politico”nun avropalı diplomata istinadən yaydığı məlumata əsasən xəbər verir.
Aİ Rusiya xam neftinin son 22 həftə ərzində orta qiymətinə (mənfi 15%) əsaslanaraq, 47 dollar/barel qiyməti nəzərdən keçirir. Səviyyə hər altı aydan bir nəzərdən keçiriləcək.
Slovakiyanın Rusiyadan ixrac olunan neftin qiymətinin tavanının aşağı salınmasına razı olduğu iddia edilir, lakin gələcəkdə Rusiya qazının alınması ilə bağlı Aİ-dən zəmanət almağa çalışır.
Avropa Komissiyası may ayında Aİ-nin 18-ci sanksiya paketinə Rusiya neftinin qiymət
tavanının bir barel üçün 60 dollardan 45 dollara endirilməsini daxil edəcəyini vəd etmişdi, lakin Slovakiya və Macarıstan buna qarşı çıxdılar, Estoniya isə hədd aşağı salınmasa, paketi bloklayacağını açıqladı.
ABŞ G7 çərçivəsində bu tədbiri dəstəkləməyə hazır olub-olmadığına hələ cavab verməyib.