Bu gün
Putin Trampa xəbərdarlıq etdi: Yeni əraziləri iki aya alacağıq

Rusiyanın prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampla söhbəti zamanı bildirib ki, Rusiya Ukraynada “öz mövqelərinin olduğu” regionlarda inzibati sərhədlərə qədər yeni əraziləri ələ keçirmək niyyətindədir.
Təhlil.az xəbər verir ki, bu barədə “Axios” nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp bu söhbətin detallarını Fransa prezidenti Emmanuel Makronla bölüşüb və Putinin məqsədini belə ifadə edib:
“O, hər şeyi almaq istəyir”.
Məhz bu dialoqdan sonra ABŞ rəhbərliyi Rusiyaya qarşı ritorikanı sərtləşdirib və Ukraynaya daha yeni silah sistemlərinin göndərilməsi qərarını verib.
Axios qeyd edir ki, Putin-Tramp söhbəti Vaşinqtonun Rusiya siyasətində dönüş nöqtələrindən biri olub.