Bu gün
Trampdan silah diplomatiyası: ABŞ göndərir, Aİ ödəyir

ABŞ Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri göndərir və bu dəfə silahların ödənişini Avropa İttifaqı öz üzərinə götürəcək.
Təhlil.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlama verib.
Yeni yardım paketi bununla bitmir. ABŞ mətbuatı yazır ki, Ukraynaya yalnız müdafiə məqsədli deyil, həm də Rusiya ərazisindəki strateji hədəfləri vura biləcək hücum silahlarının göndərilməsi nəzərdə tutulur.