Dünən

Tanınmış jurnalistə TƏBİB-də yüksək vəzifə verildi

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsi Elnur Hidayətoğluya həvalə olunub.

Təhlil.az xəbər verir ki, Elnur Hidayətoğlu faktı  təsdiqləyib.

Qeyd edək ki, E.Hidayətoğlu bu vaxta qədər departamentin nəzdində ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışıb.

O, bu vəzifəyə 2023-cü ilin dekabrında təyin edilmişdi.

Xatırladaq ki, ötən həftə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?