Hərbi ehtiyaclar üçün itlər klonlaşdırılacaq

ABŞ-də hərbi ehtiyaclar üçün xidməti itlərin klonlaşdırılması və onların genlərinin modifikasiyası həyata keçiriləcək.
Təhlil.az xəbər verir ki, “Warhound” layihəsinin ümumi dəyəri təxminən 1,2 milyard dollar olaraq qiymətləndirilib.
Bildirilir ki, şirkət “genetik cəhətdən təkmilləşdirilmiş xidməti itlərin istehsalı” ilə məşğul olacaq və onları qabaqcıl texnologiyalarla təchiz edəcək.
İdeya belədir: ən yaxşı itləri seçmək, onların biobankını yaratmaq və klonlaşdırmaq.
Məlumatda bildirilir ki, bu, həm it üçün, həm də yanğınsöndürənlər, polislər və ya hərbçilər üçün daha faydalıdır.
Məlumata görə, avtonom dronlar, sualtı qayıqlar və digər hərbi texnika istehsalçısı, həmçinin müdafiə texnologiyaları sahəsində ən tanınmış ABŞ startaplarından biri olan “Anduril” şirkəti itlərin səmərəliliyini artırmaq üçün onlar üçün zirehli jiletlərin işlənib hazırlanması ilə məşğul olacaq.