Bu gün

İcbari tibbi sığortaya ayrılan vəsait artırılır

2027-ci ildə dövlət büdcəsindən İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitin miqdarı 1 milyard 100 milyon manat müəyyən olunub.

Təhlil.az xəbər verir ki, sözügedən məsələ "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, ötən ilin büdcə layihəsində sözügedən miqdar 900 milyon manat nəzərdə tutulmuşdu.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 254 milyon manat, büdcə xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?