Bu gün

Bakının iki rayonunda işıq olmayacaq - XƏBƏRDARLIQ

Oktyabrın 22-də Yasamal və Binəqədi rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

Təhlil.az xəbər verir ki, Yasamalda saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi, Xıdır Mustafayev, Məhəmməd Naxçıvani, Mirzə Fətəli Axundzadə, Zaur Kərimov küçələrində və Tbilisi prospektinin bir hissəsində işıq kəsiləcək.

Binəqədidə isə saat 09:00-dan 14:00-dək 9-cu mikrorayonda Mir Cəlal küçəsində, 6-cı mikrorayonda İbrahim Sadıqlı, İlqar Cümşüdov və Sirab küçələrinin bəzi hissələrində qısamüddətli fasilələr olacaq.

“Azərişıq” ASC-dən bildirilib ki, məhdudiyyətlər təmir-təftiş və sınaq işləri ilə əlaqədardır. İşlər başa çatdıqdan sonra ərazilər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaq.

SORĞU

Cizgi filmləri

Cizgi filmləri uşaqlar üçün daha çox hansı məqsədə xidmət etməlidir?