Zığ şosesində hava limanı istiqamətində hərəkət məhdudlaşdırılıb - XƏBƏRDARLIQ

Zığ şosesində nəqliyyat vasitələrinin hava limanı istiqamətində hərəkətinə məhdudiyyətlər tətbiq olunub.
Təhlil.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) məlumatında bildirilib.
Qeyd olunub ki, hazırda Zığ şosesində hava limanı istiqamətində aidiyyəti qurum tərəfindən rənglənmə işləri aparılır.
"Əraziyə yaxın məsafədəki məlumat-sürət tablolarında müvafiq dəyişikliklər edib.
Hərəkət zolaqlarından biri üzrə sürət həddi işlər bitənədək 40 kilometrsaatadək endirilib. Digər zolaqlar üzrə isə nəqliyyat vasitələrinin daxil olmaması üçün (əvvəlcədən məlumatlanması məqsədilə) portal qurğularında “X” işarələri aktivləşdirilib.
Sürücülərdən yolun həmin hissəsində hərəkət zamanı diqqətli olmaları və sürət həddinə əməl etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.