Bu gün

Avropa Komissiyası etil spirtini qadağan edə bilər

ECHA (Avropa Kimya Agentliyi) etanolun kanserogen kimi təsnif edilməsini nəzərdən keçirir. Təhlil.az “Financial Times”a istinadla xəbər verir ki, bu addım etil spirtinin səhiyyə müəssisələrində istifadəsinin qadağanına səbəb ola bilər.

Agentliyin işçi qrupu oktyabrın 10-da yayımladığı tövsiyədə etanolu xərçəng və hamiləlik risklərini artıran zəhərli maddə kimi qiymətləndirib. ECHA noyabrın 24–27-də məsələ ilə bağlı iclas keçirəcək və nəticə Avropa Komissiyasına təqdim olunacaq.

Hazırda alkoqol əsaslı dezinfeksiyaedici vasitələr Aİ-də təhlükəsiz sayılır və 1990-cı illərdən ÜST-ün əsas tibbi vasitələr siyahısındadır.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?