Pavel Durov: “Luvrdan oğurlanan əsərləri almağa hazıram”

“Telegram”ın yaradıcısı Pavel Durov Parisdəki Luvr muzeyində baş verən oğurluq hadisəsinə münasibət bildirib.
Təhlil.az xəbər verir ki, o, öz “X” (keçmiş Twitter) hesabında yazıb ki, Luvrda baş verən oğurluq onu təəccübləndirməyib və bu hadisə Fransanın tənəzzülünü əks etdirir:
“Məni Luvrda baş verən oğurluq heç təəccübləndirmədi. Bu, bir vaxtlar böyük olan bir ölkənin tənəzzülünün daha bir acı göstəricisidir. Hökumət insanları real təhlükələrdən yayındırmaq üçün xəyali hədələr icad etmək sənətini mükəmməlliyə çatdırıb.”
Durov ironiya ilə əlavə edib ki, oğurlanan zinət əşyalarını almağa və muzeyə qaytarmağa hazırdır:
“Oğurlanan zinət əşyalarını məmnuniyyətlə alıb Luvra qaytararam. Əlbəttə, mən Luvr Əbu-Dabini nəzərdə tuturam — çünki oradan heç kim oğurluq etmir.”
Qeyd edək ki, bu açıqlama Fransa ictimaiyyətində geniş rezonans doğurub və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.