Bu gün

ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işi dayandırır

ABŞ Senatı Rusiya və ABŞ prezidentləri Putin və Tramp arasında gözlənilən görüşlə əlaqədar Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işi dayandırıb. Təhlil.az xəbər verir ki, bunu Senatda Respublikaçıların çoxluq lideri Con Tun deyib.

"Mən inanıram ki, bu qanun layihəsi prezidentin arsenalında onun Rusiya tərəfini danışıqlar masasına oturtmaq üçün istifadə edə biləcəyi alətlərdən biridir. Biz bunu ən azı müvəqqəti dayandıracağıq", - o əlavə edib. Sözügedən qanun layihəsi senatorlar Lindsey Qraham və Riçard Blumental tərəfindən maliyyələşdirilib.Təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaları əhatə edir. Senatorların təklifinə Rusiyadan neft, qaz, uran və digər mallar alan ölkələrdən ABŞ-dən idxal etdikləri mallara görə 500% idxal rüsumları daxil edilib.

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?