Bu gün

Qazaxıstanlı politoloq: “Azərbaycan Qazaxıstana yeni imkanlar pəncərəsi açır” - RƏY

Azərbaycan bu gün Qazaxıstan üçün beynəlxalq münasibətlər sistemində birinci yerdədir

Bu fikirləri təhlil.az saytına “A+Analytics” Araşdırma Mərkəzinin rəhbəri, qazaxıstanlı politoloq Fərhad Kasenov açıqlamasında deyib. 

O bildirib ki, bu münasibətlər Qazaxıstanın xarici siyasətində ən prioritet istiqamətdir:

“Bu, bizim üçün ən mühüm əlaqədir. Niyə? Çünki Azərbaycan Qazaxıstan üçün özünün nəqliyyat-logistika marşrutları və enerji daşıyıcılarının ixrac imkanları vasitəsilə böyük imkanlar pəncərəsi açır. Yəni Azərbaycan faktiki olaraq Qazaxıstana əvvəllər inşa edilmiş və hazırda ölkəmizi bir geosiyasi tərəfdaşa bağlayan boru kəmərləri və nəqliyyat dəhlizlərindən asılılıqdan çıxmağa kömək edir”.

Ekspert vurğulayıb ki, Qazaxıstan çoxşaxəli xarici siyasət yürüdür:

“Aydındır ki, bütün yumurtaları bir səbətə yığmaq olmaz, onları fərqli istiqamətlərə bölmək lazımdır. Məhz Azərbaycan Qazaxıstana bu imkanı yaradır. Bu, Astanaya çoxvektorlu siyasətini uğurla həyata keçirməyə şərait yaradır.
Qazaxıstan ilə Azərbaycan arasında qardaşlıq və dostluq münasibətləri mövcuddur. Nəqliyyat-logistika baxımından Azərbaycan Qazaxıstan üçün Avropa bazarlarına çıxış imkanı deməkdir. Bu, həm də Orta Dəhlizin fasiləsiz fəaliyyətini təmin edən mühüm faktordur.”

F. Kasenovun fikrincə, Azərbaycanla əməkdaşlıq Qazaxıstana dünya ilə daha geniş inteqrasiya imkanı yaradır:

“Bu, Qərb–Şərq, Şərq–Qərb istiqamətlərində qarşılıqlı əlaqənin təmin edilməsinə xidmət edir. Əlbəttə, Orta Dəhliz Azərbaycan üçün də həyati əhəmiyyət daşıyır, lakin biz bilirik ki, Bakı uzun illərdir öz nəqliyyat-logistika siyasətində diversifikasiya xətti aparır. Qazaxıstan istiqaməti, eləcə də Çinə birbaşa çıxış marşrutu burada mühüm rol oynayır. Bundan başqa, Azərbaycanın vasitəçiliyi ilə Qazaxıstan neftinin nəqli də dostluq və qardaşlıq jesti kimi qiymətləndirilir. Bu baxımdan, Azərbaycan Prezidentinin Qazaxıstana səfəri son dərəcə böyük əhəmiyyət daşıyır”.

O həmçinin iki ölkə arasında hərbi əməkdaşlığın da xüsusi önəm daşıdığını da söyləyib:

“Hərbi və hərbi-texniki əməkdaşlıq ilk növbədə Azərbaycanla bağlıdır. Azərbaycan bu sahədə Türkiyə Respublikası ilə çox sıx əlaqələrə malikdir və onun ordusu NATO standartlarına tam uyğundur. Azərbaycan Ordusunun təcrübəsi bizim üçün qiymətsizdir. Bu əməkdaşlıq çərçivəsində biz həm birgə təlimlərdə iştirak edə, həm də müasir idarəetmə texnologiyalarını, döyüş intizamını və əməliyyat bacarıqlarını öyrənə bilərik. Regionumuzda bu təcrübəyə malik olan yeganə ölkə Azərbaycandır”. 

Rasim Babayev  

SORĞU

Erkən nikahlar haqqında düşüncələrimiz

Sizcə nikah üçün erkən yaş həddi neçədir?