Bu gün
Paşinyanın ofisi: Azərbaycan Prezidentinin bəyanatını alqışlayırıq

Paşinyanın ofisi Azərbaycan Prezidentinin Ermənistana yüklərin tranzitinə qoyulan qadağanın aradan götürülməsi barədə bəyanatını alqışlayır. Təhlil. az xəbər verir ki, bununla bağlı Ermənistan Baş Nazirinin rəsmi ofisinin bəyanatında deyilir:
"Bu addım Vaşinqtonda əldə olunmuş razılaşmalara uyğun olaraq, regional kommunikasiyaların açılması, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Ermənistanla Azərbaycan arasında yaradılmış sülhün institusionallaşdırılması üçün böyük əhəmiyyət kəsb edir".