Bu gün
Ukrayna Ali Radası hərbi səfərbərliklə yeni sənədi qəbul edib

Ukraynada hərbi səfərbərliyin yeni dalğası elan olunub.
Təhlil.az xəbər verir ki, bununla bağlı Ali Radanın oktyabrın 21-də keçirilən iclasında Prezident Volodimir Zelenskinin təqdim etdiyi sənəd müzakirə olunaraq qəbul olunub.
Sənədi Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov təqdim edib. O qeyd edib ki, ölkədə gedən geniş miqyaslı müharibə Ukrayna ordusu üçün insan resursunu vacib edib, buna görə də hərbi səfərbərliyə daha effektiv yanaşmaq lazımdır.
Sənəd müzakirələrdən sonra qəbul olunub, 2026-cı il fevralın 3-nə qədər yeni səfərbərlik müddəti elan edilib.